Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəzalandırılan dövlət məmurlarının sayı açıqlandı

2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib.

Oxu.Az xəbər verir ki, bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

Şöbə müdiri bildirib ki, Azərbaycan vətəndaşlarının şikayəti nəticəsində yerli icra hakimiyyəti orqanlarında çalışan 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin, 270 nəfərə xəbərdarlıq edilib.

Son xəbərlər
Bütün xəbərlər »