Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyanda iki maşın toqquşub, 1 qadın xəsarət alıb

Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Tahir Ağaş oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən, eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü həyat yoldaşı Nərminə Əliyeva Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »