Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici ölkələrin büdcəsi hesabına təhsil alan azərbaycanlıların sayı açıqlandı

Hazırda 535 azərbaycanlı tələbə hökumətlərarası sazişlərə uyğun olaraq, ayrılmış kvota çərçivəsində müvafiq ölkələrin büdcəsi hesabına təhsil alır.

Təhsil Nazirliyindən verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün təqaüd qazanıb.

2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 17 faiz çoxdur.

Son 2 ildə SABAH qruplarını 1572 məzun bitirib ki, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura təhsili alır. Məzunların qalan hissəsi isə ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »