Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aparıcının adından istifadə edib pul yığdılar - Video
ARB TV-nin həftəsonları efirə gedən “Düz Bazar” verilişində bu həftə də maraqlı məsələyə toxunulub.

“Cinəyətə sürükləyən səbəblər” mövzusu ətrafında müzakirə zamanı verilişin aparıcısı Rövşanə Ağasəfqızı başına gələnlərdən bəhs edib:

“Mənim adıma üç “Instagram” səhifəsi açılmışdı. Məhkəməyə filan vermədim, çünki kifayət qədər uzun prosesdir. Bir uşaq xəstədir deyilərək mənim adımdan 200 manat pul yığılıb. Xəbərim yox idi, təsadüfən xəbərim oldu. Tələbə yoldaşım mənə yazdı ki, “şübhələndim ki, bu sən deyilsən, sənin yazı üslubuna oxşamadı”. Bundan sonra ciddi şəkildə məsələnin üzərinə getdim və əməkdaşlarımızın köməyilə saxta hesabı bağladıq. Bu, birbaşa cinayətdir. Mən o adamı necə tapım?”

Son xəbərlər
Bütün xəbərlər »