Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alan şəxslərə hökm oxundu
Hər iki təqsirləndirilən 6 il müddətinə azadlıqdan məhruim edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə etməklə cinayət törətməkdə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrlik etdiyi kollügiyanın hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə və rüşvət verməyə təhrik etmədə təqsirli biliniblər.

Rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »